Çarli Kirkin qatilini hansı cəza gözləyir? | VİDEO

   Çarli Kirkin qatilini hansı cəza gözləyir?  | VİDEO
  13 Sentyabr 2025    Oxunub:625
Sağçı amerikalı fəal, ABŞ prezidenti Donald Trampın silahdaşı Çarli Kirki öldürməkdə şübhəli bilinən Tayler Robinson qətl, qanunsuz silah saxlamaq və ədalət mühakiməsinə mane olmaqda ittiham edilir.
AzVision.az xəbər verir ki, cinayət işinin materiallarına istinad edən “The Washington Post (WP)” nəşrinin məlumatına görə, qətl ağır nəticələrə səbəb olan ağır cinayət kimi də təsnif edilir.

Məhkəmə araşdırmalarının keçirildiyi Yuta ştatının qanunlarına görə, Tayler Robinsonu ömürlük həbs və ya edam cəzası gözləyir.

Xatırladaq ki, Çarli Kirkə qarşı sui-qəsd sağçı fəal sentyabrın 10-da Yuta vadisindəki universitetdə çıxış edərkən törədilib. Boynundan güllə yarası alan Kirk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Çarli Kirkin qatili necə gizlənib? | VİDEO
Daha sonra silahdaşının öldüyünü elan edən barədə açqılama verən ABŞ prezidenti Donald Tramp dövlət bayraqlarının yarıya qədər endirilməsi əmrini verib.

Sentyabrın 12-də isə Kirkin qatilinin Yuta ştatının 22 yaşlı sakini Tayler Robinson olduğu aydınlaşıb.

“CNN” telekanalının məlumatına görə, həbs olunan şəxs qətl törətdiyini öz atasına deyib. O isə, öz növbəsində, hadisə barədə hakimiyyət orqanlarını məlumatlandırılıb və oğlunu tutulana qədər saxlayıb.

İddialara görə, şübhəli bilinən Tayler Robinson 31 yaşlı Kirkin olduğu çadırdan təxminən 180 metr aralıdakı yüksəklikdən cəmi bir atəş açıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kirk   qatil   cəza  



Xəbər lenti